E-kitabların üstünlükləri
Müasir
dövrdə elektron kitablar çox sürətlə həyatımıza daxil olub. Digər texnoloji
inkişaflar kimi onun da qarşısını almaq bizim əlimizdə deyil. Ən yaxşı üsul
e-kitabların müsbət cəhətlərinə fokuslanmaqdır. Hər kəs sizə e-kitabın mənfi cəhətlərindən
danışa bilər. Mən isə bu postda sizə elektron kitab oxumağın üstün cəhətlərindən
danışmağı planlaşdırıram.
E-kitab
oxumağın aşağıdakı üstünlükləri var:
1. E-kitablar daha ucuzdur.
Xaricdə e-kitablar çap olunmuş kitabların üçdə biri qiymətinə satılır. Bir dəfə
e-reader əldə etdikdən sonra kitaba verəcəyiniz pul daha az olacaq. Əlbəttə ki,
pulsuz kitablar da var.
2. E-kitablar sayəsində daha az kağız istifadə
oluna bilər. Bu da öz növbəsində daha az ağacın kəsilməsi
deməkdir. Bu cəhət çox əhəmiyyətlidir.
3. E-kitabların daşınması da olduqca asandır.
Bir e-reader vasitəsilə onlarla e-kitab daşıya bilərsiniz. Beləliklə
kitablarınızı çətinlik çəkmədən özünüzlə götürə və istədiyiniz zaman oxuya bilərsiniz.
4. E-kitablar az yer tutur.
1-2 kitab problem olmasa da, yüzlərlə kitabı saxlamaq üçün böyük bir yer
lazımdır. E-kitablar bu problemi tamamilə aradan qaldırır (Əlbəttə, bu fiziki
kitab ehtiyacından imtina etmək demək deyiı).
5. E-kitablarda axtarış və qeyd götürmək
daha asandır. Elektron mühitdə olmağın verdiyi bir
sıra digər üstünlüklər də var. Məsələn, axtarış panelində axtarış etdiyiniz
kimi kitabda da axtarış edə bilərsiniz. İstədiyiniz yerə qeyd yerləşdirə və ya bookmark
əlavə edə bilərsiniz.
6. E-kitab oxuyarkən yazının ölçüsünü
də dəyişdirə bilərsiniz. Elektron mühitdə olmağın avantajlarından
biri olan bu xüsusiyyət sayəsində gözünüzü xırda bir ölçüyə zilləmək məcburiyyətində
qalmırsınız.
7. Eyni zamanda, e-kitabları əldə etmək
çox sürətli və asandır. Bir e-kitabı bəyənəndən 5 dəqiqə
sonra oxumağa başlaya bilərsiniz. Oturduğunuz yerdən tərpənmədən kitabı alın,
yükləyin və oxumağa başlayın. Bu qədər sadə.
8. E-kitabların saxlanması və
qorunması çox daha asandır. Buna kiçik bir nümunə göstərək:
İsgəndəriyyə Kitabxanası e-kitab olaraq saxlana bilsəydi, müasir dövrdə elm və
texnika bəlkə də daha çox inkişaf etmiş olardı.
9. E-kitabları istədiyiniz vaxt çap
etdirə bilərsiniz.
Azərbaycanda
e-kitab bazarı o qədər inkişaf etməsə də, bu sahədə canlanma özünü göstərməyə
başlayıt. Belə ki, ölkəmizdə e-kitab satışı ilə məşğul olan ilk saytlardan biri
www.readit.az saytıdır. Siz buradan, müxtəlif
janrda olan kitabların əsas ideyaları ilə zəngin qısa məzmununu çox ucuz qiymətə
əldə edərək, həm vaxtınıza, həm də büdcənizə qənaət edə bilərsiniz.
Biraz
da e-readerlər haqqında.
Müasir dövrdə çap olunmuş
kitabları oxumaq tutduğu yer, həcm, daşımaq baxımından müəyyən qədər əlverişsiz
olduğundan gənclərin bir hissəsi elektron oxuyuculara üstünlük verir. Onların
böyük hissəsini mobil telefonların oxuyucu proqramları, həmçinin planşet,
noutbuk, netbuk və ev kompüterinin müvafiq proqramları təşkil edir. Sadalananların
əksəriyyəti şüa-ekranlı olduğundan və kitab oxuyarkən göz daha diqqətlə ekrana
zilləndiyindən bizim üçün ziyanlı və yorucudur. Ona görə də kitab oxumağın sürəti
və müddəti adi kitab oxuyarkən olanda xeyli geri qalır. Məhz buna görə də, artıq
bir neçə ildir ki, Qərbdə gözə demək olar ki, zərərsiz olan elektron-kitab
oxuyucularının (e-readerlərin) istehsalına başlanılıb.
Müasir dövrdə ən geniş
yayılmış və tanınmış e-readerlərə Amazon Kindle, Barners and Noble, Booken,
Ectaco, Onyx, Pocketbook və s.-ni göstərmək olar. E-readerləri Azərbaycanda da
online saytlar və ya mağazalardan əldə etmək mümkündür.
Post a Comment