Gəncədən SSRİ-yə açılan qapı
Gəncənin mərkəzində bir məkan
və bu məkana açılan bir qapı. Siz bu qapı vasitəsilə birbaşa 50-60 il əvvələ gedə, SSRİ-yə səyahət edə bilərsiniz.
Ancaq bunun üçün gərək parolu biləsiniz...
Haqqında
bəhs etdiyim yer Gəncə şəhərində yerləşən “Zirzəmi” restoranıdır. Restoran ötən
ilin yanvar ayından etibarən fəaliyyətə başlayıb. Məkanın özəlliyi onun başdan
ayağa 1945-1991-ci illər Sovet dövrü abu-havasında dizayn olunmasındadır. 90-cı
illərə qədər doğulan hər kəs bu məkanda öz xatirələrinə uyğun bir simvol, əşya
və ya abu hava tapa bilər. Restoran rəhbərliyi ilə apardığım kiçik söhbət əsasında
qeyd etdilər ki, məkanın bu formada dizayn edilməsinin əsas məqsədi insanları
tarixə yaxınlaşdırmaqdır. Onlar qeyd edirlər ki, bir çox hallarda orta nəslin
nümayəndələri müasir məkanlara getməkdən narahat olur və ya orada özlərini
rahat hiss etmirlər. Ancaq bu yer hər nəsildən olan şəxsləri istər dizaynı, istər
yeməkləri, istərsə də yüksək səviyyəli xidməti ilə özünə cəlb edir.
Bəs restoranın fərqliliyi sadəcə dizaynla bitir
mi? Xeyr. Deməli, buranın qaydalarına əsasən, gəlməzdən 5 dəqiqə əvvəl belə olsa,
zəng edib yer rezerv etməli, neçə nəfər gələcəyinizi deməli və parol
almalısınız. Qapıda parolu deyə bilməsəniz və ya rezervdə göstərilən müştəri
sayından bir nəfər belə çox şəxslə gəlsəniz, həmin şəxs yenidən parol alana qədər
məkana buraxılmayacaq. İçəri girərkən, əgər ilk dəfədir restorana gəlirsinizsə,
girişdə yazılan restoran “and”ını oxumalısınız.
Restoranda ümumi məkanla yanaşı, xüsusi kupelər
də fəaliyyət göstərir. Bunlardan üçü “Sovet Azərbaycanı otağı”, “Sovet kinosu
otağı” və “Qəhrəmanlar” kimi adlanırılıb və ada uyğun dizayn olunub. Burada həmçinin,
xüsusi selfi və şəkil guşələri var ki, orada Sovet geyimləri və əslinin uğurlu
imitasiyası olan silahlarla şəkillər çəkdirə bilərsiniz. Bir sözlə, özünüzü
qısa müddətlik Sovet dövründə hiss edəcəksiniz :)
P.S. Bu məkanı açanların məqsədi Sovet dövrünü
tərifləmək, ya da hər hansı bir ideologiya təlqin etmək deyil. Sadəcə
insanların istirahətini xoş və mənalı keçirməsini təmin etməkdir.
P.S.S. Bu yazı reklam deyil. Gəncəyə gələnlər
mütləq “Zirzəmi”yə ensin :)
"Sovet Azərbaycanı" otağı:
"Sovet kinosu" otağı:
"Qəhrəmanlar" otağı:
"Selfi" guşəsindən:
Post a Comment