“O, qalmağa gəldi” və ya “Qonaq qız”
Ekzistensializmin tanınan qadın nümayəndələrindən biri
Simona de Bovuarın ilk romanı “O, qalmağa gəldi” (“She came to stay” / "L`invitee") əsəri
1943-cü ildə nəşr olunub. Sonrakı əsərlərinin əksəriyyəti kimi avtobioqrafik səciyyə
daşıyan bu kitabda müəllif bir məhəbbət üçbucağından bəhs edir. Bu məhəbbət
üçbucağına Simona, tələbəsi Olqa Kosakieviç və Sartr daxildir. Oxucular bu
romanın onun ilk əsəri olduğunu rahatlıqla anlaya bilər. İstər əsərin dili, istərsə
də hadisələrin təsviri Simonanın öz üslubunu tam formalaşdırmamış olduğunu göstərir.
Bütün bunlara baxmayaraq, əsər kifayət qədər oxucu qazandı və müəllifin sonrakı
uğurlarının təməlini təşkil etdi.
Romandakı hadisələr İkinci Dünya Müharibəsindən əvvəlki
dövrdə Parisdə baş verir. Piyer və François Parisin incəsənət cameasında
populyar teatr xadimləridir. Onların sevgi münasibətləri azadlıq prinsipləri üzərində
qurulub. Bu sevgililər bir-birinə sadiq olmağa deyil, birlikdə olmağa əhəmiyyət
verirlər. Bu isə Sartrla Simonanın öz həyatlarında yaşadıqlarının eynisi idi.
Obrazlar da öz prototipləri kimi istədikləri vaxt başqaları ilə münasibətə girə
bilirdilər. Bu cütlük üçün əsas məsələ birgə həyatları, birlikdə qurduqları xəyallar
və reallaşdırdıqları işlər idi.
Uzun müddətdir davam edən Piyer-François sevgi macərasına
kənddən gələn gənc bir qız – Xaviyer də daxil olur. Bu cütlük ətraflarınddakı
tanışlarını boş və mənasız insan hesab edirdilər. Ancaq Xaviyer onları cəlb
edir. Beləliklə, bir qədər sonra bu üçlük arasında xüsusi bir yaxınlaşma
başlayır. Əksəriyyətimizin əxlaq anlayışına xeyli yad olan bu münasibət forması
həmin dövr üçün də yeni idi. Ancaq bu üçlü münasibət heç də gözlənilən nəticəni
vermir. Xaviyerin münasibətə daxil olması François ilə Piyer arasındakı
tarazılığı pozur və əlaqələrini çətinləşdirir. Hadisələrin gedişatı romanının əvvəlində
öz sakitliyi və laqeydliyi ilə seçilən Françoisi sonda Xaviyeri öldürmə həddinə
qədər gətirib çıxarır.
Romanın bu səthi təsvirindən sonra orada ifadə
olunan əsas məsələlərə diqqət yetirə bilərik. Əsər müəllifin ekzistensialist
baxışlarını müəyyən qədər əks etdirir. Burada obrazlar arasındakı söhbətlərdə
ekzistensializm fəlsəfəsinin əsas mövzularından olan mövcudluq, ölüm, həyat, məna,
sevgi, qayğı, özgələşmə, pislik və s. kimi mövzulara rast gəlinir. Simona və
Sartr da daxil olmaqla, ekzistensialistlərin bir çoxu düşünür ki, insanlar
doğulduqları vaxt, əslində heç tanımadıqları bu dünyaya atılırlar. Onlar ünsiyyətdə
olduğumuz ilk insanları özümüzün seçə bilmədiyini, ancaq həyatımızın sonrakı
dövründəki insanları öz iradəmizlə seçdiyimizi, bunun da xarakterimizi
formalaşdıran əsas amillərdən biri olduğunu deyirdilər.
Həyatımız boyunca özümüzü tapmaq üçün digər
insanlarla mübarizə aparırıq. Bu zaman hər hansı uğursuzluğa düçar olduqda isə əvəzini
pislik etməklə çıxırıq. Romandakı hər bir obraz da hadisələrin gedişatında bu və
ya digər formada öz daxilindəki pisliyi üzə çıxardır. Müəllif buna nail olmaq
üçün həmin obrazları müəyyən vəziyyətlərdə (“sərhəd situasiyaları”) təsvir
edir.
Əsərin ən maraqlı və dərin fikirləri, xüsusilə
François və Piyerin söhbətləri zamanı ifadə olunur. Məsələn, kitabın bir hissəsində
Françoisin dilindən deyilir: “Sən heç digər
insanların varlığını hiss etmisənmi? Bu, həqiqətən dözülməzdir”.
Kitabdan sizi düşünməyə vadar edəcək bir neçə
sitatı bölüşmək istəyirəm:
-
“Dünyada özümə yer tapmaq üçün xüsusi bir cəhd göstərmək fikrində deyiləm,
burada onsuz da bir yerim olduğuna inanıram”.
-
“Bu rəqs zalının mərkəzində heç nədən asılı olmadan oturan “Mən” varam. Eyni
vaxtda, bu simaların, həyatların hər birini izləyirəm. Ancaq mən üzümü çevirən
kimi onların hamısı əriyib yox olacaq”.
-
“Sövdələşmələrə nifrət edirəm. İnsan istədiyi kimi yaşaya bilməyəcəksə, ümumiyyətlə
yaşamasa yaxşıdır”.
Xaricdəki bütün dostlarıma mövsümi təbriklər, mənim adım Tahire Elirzayeva, Bakı, Azərbaycan Mən peşəm tibb həkimiyəm, 47 yaşım var. Həqiqi həyat ifadələrimi xahişlə oxuyun, bu məlumatın bu məqaləni oxuyan bir kəsə, pozulmuş evliliyi bərpa etməsini və itirilmiş sevgi münasibətlərini 2 gün ərzində bərpa etməsinə kömək edəcəyinə dair müsbət bir niyyətim var. İllərdir Sadiq Elyer ilə əlaqədə olduqdan sonra mənimlə aramızı kəsdi, onu yenidən məni sevməsi üçün geri qaytarmaq üçün hər şeyi etdim, amma etdiyim hər şey boşa çıxdı, ona olan sevgimə görə onu çox istədim, Ondan əlimdəki hər şeylə soruşdum, söz verdim, amma rədd etdi. Problemimi işdəki həmkarıma izah etdim və o, daha yaxşı yazmağımda kömək edə biləcək bir sevgi sehrbazına müraciət etməyimi təklif etdi, amma eşq yazım hissəsinin mövcud olduğunu və ya işlədiyini düşünməyən bir insanam, seçimim yoxdu amma sınamaq üçün spellcaster kanalına e-poçt göndərdim və o, hər şeyin üç gündən əvvəl yaxşı olacağını, keçmişimin üç gündən əvvəl mənə qayıdacağını söylədi, Sevgi sehr hissəsini havaya atdı və təəccüblü bir şəkildə ikinci gün gecə saat 3.00 idi. Keçmiş eşq ortağım məni mobil telefonuma çağırdı, o qədər təəccübləndim ki, Telefon danışığına cavab verdim və dediyi hamısı baş verən hər şeyə görə peşman olduğunu, onun yanına qayıtmasını istəməsini, məni çox sevdiyini söylədi . Mən çox xoşbəxt idim və xoşbəxtliklə birlikdə yaşamağa başladıq. hər hansı bir yardıma ehtiyacınız varsa ona necə müraciət edə bilərsiniz .doctorigbinovia93@gmail.com və ya +2348144480786 nömrəli whatsapp-da ya da viber-də +2348144480786 nömrəli telefonla əlaqə saxlaya bilərsiz və lazım olan şeyləri götürərsiniz ..... .
ReplyDelete