Öləndə evə gedən yolda idin.
Bu, avtomobil qəzası idi. Bu hadisədə sənin ölümünü
çıxmaqla heç bir qeyri-adi hal yox idi. Arxanda həyat yoldaşını və iki uşağını
qoydun. Ağrısız bir ölüm idi. Tibb işçiləri səni xilas etmək üçün əllərindən gələni
etdilər, ancaq faydası olmadı. İnan mənə, bədənin elə parçalanmışdı ki, ölməyin
daha yaxşı idi.
Beləliklə, mənimlə tanış oldun.
“Nə.. nə oldu?” deyə...
Minimalizm fəlsəfəsini ən gözəl izah edən fikirlərdən
biri Platona məxsusdur: “Əsas məsələ, çox
şeyə sahib olmaq deyil, az şey istəməkdir”. Bir çox insan tərəfindən
ümumiyyətlə bilinməyən bu fəlsəfi baxışın formalaşma tarixi XIX əsr kimi göstərilsə
də, əslində bundan daha əvvəlki dövr fəlsəfəsində də minimalist fikirlərə,
ideyalara rast gəlinir (Platonun fikrindən də göründüyü kimi). Məhşur f...
Alimlər təxminən 15 milyard il əvvəl meydana gələn böyük bir partlayışın kainatımızı yaratdığına inanırlar. Həmin dövrdə maddənin, enerjinin, kosmosun və zamanın bir saniyə içərisində yarandığı düşünülür. 15 milyard il əvvəl baş verən həmin hadisədən sonra yüksək miqdarda istilik meydana gəlmişdir.
Kainatın yaranmasına səbəb olan bu hadisə haqqında indi də davam etməkdə olan tədqiqatlar bi...
Hər hansı davranışda dəyişiklik etdikdə bu proses zəncirvari bir reaksiyanı aktivləşdirir və digər davranışlarda da dəyişikliyə səbəb olur. Buna domino effekti deyilir.
“Domino effekti” nəzəriyyəsi ilk dəfə Con Foster Dalles tərəfindən irəli sürülüb. Bu termin ABŞ siyasətçiləri tərəfindən 1950-1980-ci illərdə, yəni Soyuq Müharibə dövründə Amerikanın digər dövlətlərə müdaxiləsinə haqq qazan...
Kəpənək effekti nədir?Kəpənək effekti kiçik hadisələrin böyük təsirlərə səbəb ola biləcəyini ifadə edən bir anlayışdır. Başlanğıcda hava proqnozu üçün istifadə edilən bu nəzəriyyə daha sonra elm daxilində və ondan kənarda istifadə edilən bir məcaza çevrildi. Bəzən Xaos nəzəriyyəsi və ya onun tərkib hissəsi hesab edilən kəpənək effekti nəzəriyyəsinə əsasən, hər hansı qeyri-xətti sistemdəki kiçik ...
İnsan yarandığı gündən etibarən özü kimi olanlarla ünsiyyətə girməyə başlamışdır. Bu əvvəllər fiziki ehtiyacdan yaransa da, sonradan sosial ehtiyaca çevrilmişdir. Buna əsaslanan İngilis antropoloqu Robin Danbar 1992-ci ildə insanların münasibətdə olduğu digər insanların effektiv sayı haqqında bir nəzəriyyə yaradır. Nəzəriyyəni yoxlamaq üçün isə uzun müddət ərzində meymunların öz aralarındakı “i...
Müasir
dövrdə elektron kitablar çox sürətlə həyatımıza daxil olub. Digər texnoloji
inkişaflar kimi onun da qarşısını almaq bizim əlimizdə deyil. Ən yaxşı üsul
e-kitabların müsbət cəhətlərinə fokuslanmaqdır. Hər kəs sizə e-kitabın mənfi cəhətlərindən
danışa bilər. Mən isə bu postda sizə elektron kitab oxumağın üstün cəhətlərindən
danışmağı planlaşdırıram.
E-kitab
oxumağın aşağıdakı üstünlüklə...
Subscribe to:
Posts
(
Atom
)