Əgər
ətrafındakı bütün insanlar başlarını itirdikləri
Və bunda səni
günahlandırdıqları vaxt
Sən başını dik
tuta bilsən,
Əgər heç kəs
sənə inanmadığı vaxt, özünə inansan
Və onların
inamsızlığını bağışlaya bilsən,
Əgər gözləməyi
bacarsan və bundan yorulmasan,
Və ya
haqqında yalan deyilsə, sən isə yalanla işləməsən,
Yaxud sənə
nifrət etsələr də, sən nifrətə qoşulmasan,
Bütün
bunlarla yanaşı, nə çox yaxşı, nə də çox ağıllı görünməsən,
Əgər xəyal
qurmağı bacarsan və onların köləsi olmasan,
Əgər düşünə
bilib, onları məqsədə çevirməsən,
Əgər qələbə və
məğlubiyyət ilə qarşılaşıb
Hər iki saxtakarla
eyni cür davrana bilsən,
Əgər ağzından
çıxan həqiqətin bəzi alçaqlar tərəfindən
Axmaqlara tələ
qurmaq üçün dəyişdirilməsinə dözə bilsən,
Yaxud ömrünü
həsr etdiyin şeylərin bir gün dağıldığını görüb
Əyilib
köhnəlmiş alətlərlə onları yenidən qura bilsən,
Əgər bütün
qazancını bir yerə toplayıb
Qəpik atma
oyununda hamısını riskə ata bilsən,
Onları uduzub
yenidən başlaya
Və bu itki
üçün bir dəfə olsun deyinməsən,
Əgər ürək,
sinir və əzələlərin zəiflədikdən sonra belə
Onları işləməyə
məcbur edə bilsən,
Və özündə “Döz”
deyən bir iradədən
Başqa gücün
qalmadığı vaxt dözə bilsən,
Əgər çoxluq
qarşısında danışıb şərəfini qoruya bilsən,
Yaxud
krallarla gəzib xarakterini itirməsən,
Əgər nə
düşmənlərin, nə də sevimli dostların səni incidə bilməsə,
Əgər həddini
aşmadan bütün insanları sevə bilsən,
Əgər bir də
geri qayıtmayan bir dəqiqəni
Altmış saniyə
qaçmaqla doldura bilsən,
Dünya və
üzərindəkilər sənindir,
Ən əsası isə
İNSAN olarsan,
oğlum...
Tərcümə: Ramilə Bayramova